“Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin III Ekoloji Forumu keçirilib

“Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin III Ekoloji Forumu keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 12 may 2018-ci il tarixində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və gənclərin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə “Yaşıl şəbəkə”- Ekoklub üzvlərinin III Ekoloji forumu keçirilib.

III Ekoloji Forum ilk dəfə 1923-cu ildə Bakıda “Təbiəti sevənlər” dərnəyinin yaradılması ilə başlanan Azərbaycanda gənc təbiətçilər hərəkatının 95 illiyinə həsr olunub. Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabr ayından etibarən Bakı şəhərinin orta məktəblərində yaradılan ekoloji klublarda müasir innovativ təlim texnologiyaları tətbiq olunmaqla yeni ekoloji modul təhsil proqramları tədris edilib. “Ekoklub” üzvləri ekologiyanın əsaslarını öyrənərək, ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələniblər.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən etibarən hər il Ekoklub üzvlərinin Ekoloji Forumları keçirilir. Forumda Təhsil Naziriyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, dosent, ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultan-zadə çıxış edərək, “Yaşıl şəbəkə” devizi altında keçirilən III Ekoloji Forumun əsas məqsədinin gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsindən, məktəblilərin ekoloji biliklərinin artırılmasından, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşmasından ibarət olduğunu qeyd edib.

Daha sonra Tədbirdə Baki Dövlət Universiteti tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva, Təhsil Nazirliyi məkdəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılıgı sektorunun müdiri Ayla Həsənova, BDU Ekologiya və Torpaqşünaslıq fakultəsinin dekanı, professor Nazim Şəmilov, WWF-in Azərbaycan nümayəndəliyin direktoru Elşad Əsgərov çıxış ediblər. Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakultəsinin dəstəyi ilə universitetin akt zalında keçirilmiş Forumda Bakı şəhəri üzrə 40 orta təhsil məktəblərində fəaliyyət göstərən 2000 Ekoklub üzvləri arasından seçilmiş 400 məktəbli iştirak edib.

Forumun proqramı çərçivəsində ekoklub liderlərinin illik hesabatı dinlənilib, yeni fəaliyyət planları müzakirə edilib və flashmob təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə