Bu yolda hərəkət məhdudlaşdırılır DİQQƏT!

Bu yolda hərəkət məhdudlaşdırılır DİQQƏT!

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq. Bu barədə SİA-ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə