Gömrük orqanlarına bəyan edilməyən külli miqdarda dekorativ şam və aksesuar aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
Yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində “Paşabahçe” markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şam, 24 ədəd “Paşabahçe Zeyna” markalanma yazısı olan dekorativ şam və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çılçıraqdan asılması üçün nəzərdə tutulan aksesuar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB