İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Məhəmmədbağır Bəhrami Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
SİA-nın məlumatına görə təbrikdə deyilir: "Müsəlmanların qəlblərini yaxınlaşdıran və İslam dininin böyük bayramı olan Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının hörmətli hökumətini və müsəlman xalqını təbrik edirəm. Bu ilki bayramla İran İslam Respublikasının prezidentinin Azərbaycan Respublikasına səfərinin üst-üstə düşməsi xoş bir tasadüfdür. Ümid edirəm ki, bu mübarək təsadüfün sayəsində iki ölkə arasındakı tarixi bağlar və döstluq münasibətləri daha da inkişaf edərək, möhkəmlənəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB