Astara rayon Kənd Təsərrüfatı İdarəsinin akt zalında Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Lənkəran Regional Elm Mərkəzi, rayon İcra Hakimiyyəti və rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə Astarada “Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusunda elmi-praktiki seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, AMEA Lənkəran REM-nin direktoru, professer Fərman Quliyev, AMEA TAİ “Üzvi gübrələr” labaratoriyasının müdiri, əməkdar elm xadimi, professor P.Zamanov, AMEA TAİ “Üzvi gübrələr” labaratoriyasının aparıcı elmi işçisi, professor Əli Əlizadə iştirak ediblər. Tədbirə Astara və ətraf rayonlardan çay, çəltik və sitrusçuluqla məşğul olan fermerlər dəvət olunublar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayev ölkəmizdə aprar sahənin inkişafında aparılan ardıcıl dövlət siyasətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən dövlət tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar mühüm qərarlar qəbul edilib, dövlət tədbirləri həyata keçirilib. Cənab Prezident 2017-ci ildə bölgəmizə səfəri zamanı sentyabrın 3-də Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişaf etdirilməsi ilə əlaqədar keçirdiyi respublika müşavirəsində bu sahələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu barədə tapşırıqlarını verib.
Nəticədə qısa müddətdə 1500 hektara yaxın əkinə yararlı torpaq sahələri əkin dövriyyəsinə daxil edilib.
2017-cı ildə rayonda 447 hektar sahədə çəltik əkini aparılıb, 1800 ton çəltik yığılıb.
Eyni zamanda 197 hektar məhsuldar çay plantasiyalarından ümumilikdə 476 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Bu gəlirli, səmərəli kənd təsərrüfatı sahələrini inkişaf etdirilərək, qarşıdakı illərdə çəltik və çay sahələrinin min hektara çatdırılması nəzərdə tutulub.
2017-ci ildə 774 hektar yeni sitrus və subtropik meyvə bağı salınaraq əkin sahələri ümumilikdə 3116 hektara çatdırılıb. Təkcə son iki ildə yeni salınmış sitrus və subtropik meyvə bağlarının sahəsi 40 faiz artıb.
Ümumilikdə aqrar sektorun inkişaf etdirilməsi istiqamətdə tədbirlər davam etdirilir və bu iş rayonumuzda daim diqqət mərkəzindədir.
Seminarda AMEA Torpaqşünaslıq və Aqrokimya İnstutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, AMEA Lənkəran REM-nin direktoru, professer Fərman Quliyev, AMEA TAİ “Üzvi gübrələr” labaratoriyasının müdiri, əməkdar elm xadimi, professor P.Zamanov, AMEA TAİ “Üzvi gübrələr” labaratoriyasının aparıcı elmi işçisi, professor Əli Əlizadə çıxış edərək Azərbaycanda kənd təsərrüfatının inkişafında elmin rolu, Lənkəran-Astara zonasında çayçılıq və çəltikçilikdə üzvi gübrələrdən istifadənin səmərəliliyi, torpaqlardan müasir texnologiyalar əsasında səmərəli istifadə üsulları, çəltikçilikdə yeni texnologiyadan istifadə qaydaları barədə fermer və sahibkarlara geniş məlumat vermiş, müzakirələr aparılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB