Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün mühüm işlər görüb

Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün mühüm işlər görüb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetində toplantı keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Ulu Öndərin xatirəsinə ehtiram göstərilib.

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev iştirakçılara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran baş konsul Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən, Ulu Öndərin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafı naminə qəbul etdiyi qərarlardan danışıb. O vurğulayıb ki, Heydər Əliyev həmişə qəlblərdə yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə