AFFA-nın təşkilatçılığı ilə 11 may 2018-ci tarixdə Xəzər rayonunun Zirə qəsəbəsindəki 213, Türkan qəsəbəsindəki 214, Nizami rayonundakı 59 saylı uşaq baxçalarında 3-5 yaşlı uşaqlar üçün “Bağçada futbol” pilot layihəyə start verib.
Layihənin həyata keçirilməsində məqsəd uşaqlar arasında futbol oynuna maraq, kütləviliyə nail olmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Tədbirdə AFFA-nın nümayəndələri Cahangir Həsənzadə, Kifayət Mustafayeva, Uşaq-Gənclər Futbol Federerasiyasının nümayəndəsi Kərim Ağayev, Futbol üzrə Azərbaycan milli komandasının üzvləri Ruslan Abışov və Emin Mahmudov iştirak etmişdilər. Pilot layihənin nəticələrinə əsasən gələcəkdə bu layihə bütün Uşaq Baxçalarında tətbiq olunacaqdır.
Qeyd olunan uşaq bağçaları AFFA tərəfindən idman geyimləri və ləvazimatları, eləcə də kateqoriyalı təlimçilərlə təmin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB