Günel Məliklinin yeni kitabının təqdimatı olub

Günel Məliklinin yeni kitabının təqdimatı olub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AMEA doktorantı Günel Məliklinin “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyində Sosial Siyasətin Yeri və Rolu” adlı kitabının təqdimat mərasimi baş tutub.

SİA-nın verdiyi xəbərə görə, tədbirdə millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Müəllif tədbir iştirakçılarını salamlayaraq kitab haqqında ətraflı məlumat verdi: “Ulu öndər Heydər Əliyev deyirdi ki, biz dövlətimizin iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, sosial problemlərin də həllinə çalışmalıyıq. 1993-cü ildə bünövrəsini Heydər Əliyev tərəfindən qoyulan sosial-siyasətin təkmilləşdirilməsi strategiyası indi onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin inkişafı, xalqın firavanlığı yolunda o, çox işlər görüb. Heydər Əliyevin başa çatdıra bilmədiyi tale yüklü məsələləri İlham Əliyev uğurla başa çatdırıb. Ötən illər ərzində dövlət başçımız bunu öz işlərində bir neçə dəfə sübuta yetirib. Müharibə şəraitində yaşayan ölkənin qısa müddət ərzində inkişafı hətta düşmən ölkə Ermənistanı belə gücümüzə və həqiqətlərimizə inandırdı. Dövlət təhlükəsizliyimizin tələblərinə uyğun olaraq sosial siyasət kursunun yeni məzmun və keyfiyyətə reallaşdırdığını Azərbaycan vətəndaşlarının sosial təminatını daha sürətlə irəlilətmək üçün bütün qüvvələri səfərbər etdiyi göz önündədir. Ölkəmizdə həyata keçirilən sosial siyasi və onun uğurlu nəticələri barədə İlham Əliyev deyirdi ki, bizim düşünülmüş siyasətimiz, iqtisadi potensialımız, güclü sosial siyasətimiz var. bütün siyasətimizin başında Azərbaycan vətəndaşı dayanır. Dünyada baş verən qloballaşma və demokratikləşmə dövründə dövlət təhlükəsizliyin təmin olması olduqca həyati bir əhəmiyyətli məsələyə çevrilib. Azərbaycan respublikasının dövlət təhlükəsizliyi ən mühüm məsələ olmaqla əhalinin sosial stabilliyini bərpa edir. Cəmiyyətdə yaranan yeni siyasi münasibətlərin mili azadlıq hərəkatı nəticəsində Azərbaycan sovet imperiyasından ayrılaraq öz müstəqilliyini bərpa etdi və suveren dövlət kimi dünya birliyinə daxil oldu. Lakin daxildə olan hərc-mərclik, xaos, eyni zamanda, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasət nəticəsində ölkədə sosial sahədə acınacaqlı vəziyyət hökm sürürdü. Heydər Əliyevin səyləri nəticəsində ölkədə olan ağır siyasi-ictimai vəziyyət normal məcraya düşdü. İqtisadiyyatda inkişaf meylləri artmağa başladı. Bu sahələrdə yeni strategiyalar müəyyən edildi və xoşagəlməz halların qarşısı alındı. Heydər Əliyevdən sonra İlham Əliyevin sosial siyasətlə bağlı irəli sürdüyü konsepsiya həyata keçirdiyi tədbirlər eyni zamanda, sosial siyasətlə bağlı olan klassik müasir nəzəriyyələr aparılan monoqrafiyanın nəzəri-metodoloji əsaslarını təşkil edir. Monoqrafiyanın elmi yeniliyi isə ondan ibarətdir ki, burada Azərbaycan üçün aktual olan və kifayət qədər araşdırılmayan dövlət təhlükəsizliyi, sosial siyasətin yeri və rolu bu monoqrafiyada ətraflı şəkildə araşdırılıb”.

Daha sonra Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək kitab haqqında öz fikirlərini bölüşdü: “İlk növbədə kitabın müəllifinə öz dərin minnətdarlığımı bildirirəm. Bu kitabda çox maraqlı, riskli və ağrılı bir neçə problemə toxunulub. Bu problemləri bəzən birmənalı şəkildə şərh etmək olmur. Belə məsələlərin kitab halında çap edilməsi çox mühümdür. Mən özüm də ktabla artıq tanış olmuşam və deyə bilərəm ki, kitabda çox maraqlı istiqamətlər var. Dünyada bir neçə münaqişə yaradan səbəb var. Onlardan ən vacibləri isə milli və etnik, dini, təriqət ayrı seçkiliyi, sosial münaqişələrdir. Bəzən sosial münaqişələr digərlərindən daha önə keçə bilir. Bir sıra münaqişələrin kökündə məhz sosial münaqişələr dayanır. Kitabda bu kimi problemlər ətraflı şəkildə şərh olunur. Sosial sabitliyi təmin etmək sosial rifahı yaxşılaşdırmaq çox önəmli məsələdir. Tələbatla təminat düz mütənasiblik təşkil etməlidir”.

Tədbir çıxışlarla davam etdirilib.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə