Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib. Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Eyni zamanda Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB