Atmosfer havasında çirklənməsi günümüzün əsas probleminə çevrilib". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin sədr müavini Mətanət Abbasova bu gün keçirilən mətbuat konfransında deyib.
Sədr müavini bildirib ki, bəzən kənardan elə düşünülür ki, ölkəmizdə atmosfer çirklənməsinə nəzarət yoxdur: "Amma bu belə deyil. Atmosfer çirklənməsi insan orqanizminə bir başa təsir göstərdiyini görə, bununla bağlı ölkəmizdə mühüm qanunvericilik aktları var".
Azərbaycanda 1960-ci illərdən başlayaraq, atmosfer çirklənməsi ilə bağlı monitorinq şəbəkənin fəaliyyət göstərdiyini deyən M.Abbasova söyləyib ki, sənaye müəssisələrinin əksəriyyəti mərkəzdə olduğu üçün burada bu şəbəkə daha geniş şəkildə fəaliyyət göstərir. "Hazırda atmosfer çirklənməsi ilə bağlı monitorinq sahəsində ciddi dönüş yaradılıb. Atmosferin keyfiyyəti müasir standartlara cavab verən avadanlıqlarla ölçülür. Lakin bəzən KİV-lər belə çirklənməyə zamanı informasiyanı yaymaqda tələskənlik edir, tez bir zamanda səbəbi öyrənməyə çalışırlar. Amma bunu tez bir zamanda etmək mümkün deyil. Hər hansı məsələnin dəqiqləşdirilməsi üçün zamana ehtiyac var. Monitorinq dəqiq aparıldıqdan sonra nəticə haqqında məlumat vermək olar. Bu baxımdan bu məsələyə həssas yanaşmalı, informasiya yazarkən tələskənliyə yol verməməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB