Umayra Tağıyeva: "Kafe-restoran sahibləri qanunvericiliyə əməl etməlidirlər"
"Son dövrlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayətlərin çoxu restoran və kafelərin ətrafında yayılan qoxu-tüstü ilə bağlıdır". SİA-n xəbərinə görə, bunu nazirliyin ekoloji təbliğat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ilk baxışda problem qlobal görünməyə bilər: "Lakin əgər hər hansı məsələ insanlara ziyan verirsə o zaman nazirliyin borcudur ki, bununla yaxından tanış olub, aradan qaldırsın. Bu, tək bir insanın və ya böyük bir şəhərin problemi də ola bilər".
U.Tağıyeva söyləyib ki, ictimai-iaşə obyektlərinin artması sahibkarlığın inkişafı üçün müsbətdir: "Amma ölkə əhalisinin bir hissəsinin maraqları digərlərinə ziyan vurmamalıdır. Çünki ürək-damar və digər xəstəliklərdən əziyyət çəkən insanlar var ki, onlar üçün belə qoxu və tüstülər çox ziyanlıdır. Bütün bunlar subyektiv səbəblərdir. Əsas obyektiv səbəblərdən biri tüstünün tərkibində zəhərin olmasıdır. Bu məsələnin həlli yolu müvafiq filtirlərin quraşdırılmasının asılıdır. Sahibkar buna diqqət etməli, qanunvericiliyə uyğun olaraq bütün şərtlərə əməl etməlidirlər. Əks halda onlar qanun qarşısında cavab verməli olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB