Bruklinli qonaqlar Səbail rayonunda

Bruklinli qonaqlar Səbail rayonunda

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonu ilə ABŞ-nın Nyu-York şəhərinin Bruklin inzibati rayonu arasında yaradılan dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmləndirir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunması ilə bağlı Bakıya gəlmiş Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti Mariyetta Rozentalın rəhbərlik etdiyi Nyu-York şəhəri Bruklin inzibati rayonunun nümayəndə heyəti dost və qardaş Səbail rayonunda olub və Rayon İcra Hakimiyyətində qəbul ediliblər.

Səbail RİH-dən SİA-ya verilən məlumata görə, görüşdə qonaq nümayəndə heyəti üzvlərinə Səbail RİH-nin hədiyyələri təqdim olunub.

Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti Mariyetta Rozental gözəl qəbula görə minnətdarlığını bildirdi və Səbail rayonu nümayəndə heyətinin ABŞ Nyu-York şəhərinə rəsmi dəvət olunması barədə Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adamsın məktubunu Səbail RİH-nin başçısı Eldar Əzizova təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə