Abşeron rayonunun iki qəsəbəsində su olmayacaq. “Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar 11 may 2018-ci il tarixində gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB