Qoça Lariya: "Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir"

Qoça Lariya: "Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir"

"Heydər Əliyev kimi dünya şöhrətli şəxsiyyətlər tarixdə tək-tək yetişir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də belə nadir şəxsiyyətlərdəndir. Onun müəllifi olduğu irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri bizim ölkələrimizin iqtisadi, mədəni inkişafı ilə yanaşı, regionda sülhün bərqərar olmasında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır." AZƏRTAC xəbər verir ki, bu sözləri Rustavi şəhəri merinin müavini Qoça Lariya jurnalistlərə açıqlamasında söyləyib.

Q.Lariya deyib: “Bu gün Gürcüstandan keçən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin müəllifi məhz Azərbaycan xalqının ulu öndəri, gürcü xalqının yaxın dostu Heydər Əliyevdir. Bu layihələr Azərbaycan ilə yanaşı, Gürcüstanın da inkişafında, müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayır. Heydər Əliyev gürcü xalqının ən ağır günlərində kömək əlini uzadıb, bizi çox ağır bəlalardan xilas edib. Ona görə də biz Heydər Əliyevə çox borcluyuq. Onun yaxşılıqlarını heç zaman unutmayacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə