Samuxda Ulu Öndərin 95 illik yubileyi qeyd edilib

Samuxda Ulu Öndərin 95 illik yubileyi qeyd edilib

Bu gün 2018-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə YAP Samux rayon təşlikatının şura üzvləri, YAP fəalları Ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Sonra YAP Samux rayon təşkilatının foyesində məktəblilərin, Ulu Öndərin həyat və fəaliyyətini, ölkənin sosial-iqtisadi, müdafiə qüdrətini əks etdirən, rəsm sərgisinin nümayişi keçirilib.

Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcəli bacarıqlı dövlət başçıları bəxş etmişdir.Xalqımızın dahi şəxsiyyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhs belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddaratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Bu dahi şəxsiyyətin müyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur və xöşbəxtlik gətirir. Dahi rəhbər vaxtilə demişdir: “Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam”. O doğrudanda həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi isə xalqın qəlbindədir.

Daha sonra tədbirdə çıxış edən Samux şəhər 5 saylı körpələr evi–uşaq bağçasının müdiri Gülmira Nəbiyeva, İnstitut qəsəbə tam orta məktəbin müəllimi Ülviyyə Salmanova və fəal gənc Sübhan Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və xarici siyasətdən danışıblar. Qeyd ediblər ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir və buna görə Azərbaycan Avropanın önəmli tərəfdaşına çevrilir.

Tədbirin sonunda Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar sisilə tədbirlər planına uyğun olaraq keçirilən inşa yazı müsabiqəsində, şahmat turnirində və bilik yarışlarında qalib gələn məktəblilərə Fəxri Fərman və hədiyyələr təqdim olunub. Tədbir bayram konserti və şən əhval-ruhiyyə ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə