Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları reyd keçirib. ETSN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reyd zamanı Ucar rayonu Xələç kəndinin ərazisində yaşköküstə 4-24 sm diametrliyində 36 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkarlanıb.
Araşdırma zamanı ağacların Ucar rayon sakini Səfər Məmmədov tərəfindən kəsildiyi və təbiətə 5010 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanuna müvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB