ASAN könüllülərinin Heydər Əliyev muzeyinə ekskursiyası

ASAN könüllülərinin Heydər Əliyev muzeyinə ekskursiyası

Ümummilli Lider Heydər Əliyevin 95-ci ildönümü münasibətilə “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dəstəyi ilə 7 may 2018-ci il tarixindən silsilə şəkildə könüllülərin Dövət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “Şöhrət” muzeyinə ekskursiyaları baş tutub. SİA-nın xəbərinə görə, muzeyi ziyarət edən könüllülərə Heydər Əliyevin həyatı yolu və fəaliyyəti, o cümlədən, ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında geniş məlumatlar verilib, onların sualları cavablandırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə