Xirdalan-Bakı istiqamətində hərəkət məhdudlaşdırılır

Xirdalan-Bakı istiqamətində hərəkət məhdudlaşdırılır

Xirdalandan Bakıya doğru olan yolda məhdudiyyət tətbiq edilir. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 10 may 2018-ci il tarixində saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə