Eko-Parkda 20 mindən artıq gül əkilib FOTO

Eko-Parkda 20 mindən artıq gül əkilib FOTO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. ASC-dən SİA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin “Azərişıq” ASC-də yaranmış ənənəyə uyğun olaraq növbəti güləkmə aksiyası Bakı şəhərinin Zirə Mədəniyyət Mərkəzi - Eko-Park ərazisində keçirilib, 20 mindən artıq gül əkilib.

Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə