Hulusi Kılıç Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Hulusi Kılıç Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Türkiyә Cümhuriyyətinin Azәrbaycandakı sәfiri Hulusi Kılıç Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirlikdən SİA-ya göndərilən təbrikdə deyilir: "Bütün islam alәmini bәrabәrlik vә barış üçün bir araya gәtriәn müqәddәs Qurban Bayramı münasibәtilә qardaş Azәrbaycan xalqına әn xoş arzu vә dilәklәrimi ifadә etmәkdәn mәmnunluq duyuram. Bu mübarәk Qurban Bayramı vәsilәsilә azәrbaycanlı qardaş vә bacılarıma, bütün türk dünyasına can sağlığı, xoşbәxtlik vә rifah içindә keçәn sevinc dolu günlәr, süfrәlәrinә bәrәkәt, iki qardaş ölkәlәrimizә sülh vә әmin-amanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə