Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. SİA-nın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Mirzə Əliyev Nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə rəis təyin edilib. M.Əliyev bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-də, "Kapital Bank" ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində işləyib.

Qeyd edək ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra isə onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib.

Bütün xəbərlər Facebook səhifəmizdə