“Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfransın yekunu ilə bağlı Qətnamə qəbul edilib
Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında "Gənclər ekoloji inkişaf uğrunda" beynəlxalq elmi-praktiki konfransın yekunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransn yekunu ilə bağlı məlumat verən nazirliyin gənclərlə iş üzrə şöbəsinin müdiri Fərhad Hacıyev bildirib ki, konfransda 13 ölkədən 150-ə yaxın alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar, gənclər iştirak ediblər. Konfransla bağlı yekun Qətnamənin qəbul olunduğunu deyən F. Hacıyev vurğulayıb ki, sənəd geniş müzakirə olunduqdan və müəyyən dəyişiklikdən sonra qəbul edilib: "Yekun sənəddə ekologiya ilə bağlı bütün problemlər öz əksini tapıb. Ətraf mühitə, iqlim dəyişməsinə gənclərin baxışı, elmi institutların bu sahədəki fəaliyyətlətinin artırılması, QHT-lərin bu işə cəlb olunması və digər bu kimi məsələlər qeyd edilib".
Daha sonra konfransın məqsədi haqqında danışan şöbə müdiri vurğulayıb ki, konfrans Azərbaycanda elan olunan "Ekologiya ili" ilə əlaqədar baş tutub. Onun fikrincə, gənclərin bu prosesdə iştirak etməsi ölkə ekologiyasının inkişafında mühüm rol oynaya bilər.
Konfrans zamanı çıxış edən İstanbul Texniki Universitetinin nümayəndəsi Alper Unal bildirib ki, iki gün davam edən konfrans mühüm məsələyə həsr olunub. Onun sözlərinə görə, bu gün ekologiya ilə bağlı problemlər həll olunmazsa gələcəkdə bu sahədə çox ciddi fəsadlar ola bilər: "Konfransda bir çox ölkələrdən alimlərin iştirak etməsi ona dəlalət edir ki, ekologiyanın inkişafına gənclərin cəlb olunması mühümdür. Biz də bu sahədə öz köməkliyimizi göstərməyə hazırıq".
.
Qeyd edək ki, konfrans sual-cavab əsasında davam edib.
Xatırladaq ki, "Gənclər ekoloji inkişaf uğrunda" beynəlxalq elmi-praktiki konfrans Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, UNİCEF-in Azərbaycandakı nümyəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB