Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar idman yarışları keçirilib FOTO
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə idman və istirahət parkında kütləvi idman yarışları keçirilib.
Səbail RİH-dən SİA-ya verilən məlumata görə, yarışlar çərçivəsində 16 orta məktəbin komandası mini futbol üzrə turnirdə iştirak edib, turnirin qalibi 49 №-li “İntellekt”məktəb-liseyin komandası olub. 2-ci yerə 6 №-li məktəbin, 3-cü yerə isə 91 №-li məktəbin komandası çıxıb. Qaliblərə və mükafatçılara kubok və fəxri fərmanlar təqdim olunub.
Gələcəkdə də bu idman kompleksində kütləvi və fərdi yarışların keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB