Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş İ.Musayevin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 31-nə təyin edilmiş iclasında baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB