Ağcabədidə növbəti ağacəkmə kampaniyası keçirilib

Ağcabədidə növbəti ağacəkmə kampaniyası keçirilib

YAP Ağcabədi rayon təşkilatının təşəbbüsü ilə 2014-cü ildən etibarən, hər bir rayon ərazi ilk partiya təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünün sayı qədər həmişəyaşıl ağac əkmək barədə təşəbbüs qaldırıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı növbəti ağacəkmə aksiyası keçirib. Aksiya çərçivəsində Ağcabədi-Zərdab magistral yolunun kənarında salınmış yaşıllıq zolağında partiya fəalları tərəfindən 600-dən artıq həmişəyaşıl ağac əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə