Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Kamran Sultan oğlu İmanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB