"Azərbaycanda ərzaq təhlükəsiziliyi tam təmin olunub"

"Azərbaycanda ərzaq təhlükəsiziliyi tam təmin olunub"

Artıq Azərbaycanın xaricə kənd təsərrüfatı məhsullları ixracı nəticəsində ölkəyə valyuta gəlişi təmin olunur.Təkcə ötən il Azərbaycandan 700 mln. dollar kənd təsərrüatı məhsulları xaricə satılıb və bu da ölkəyə valyuta gətirib. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclsiin aqrar siyasət komitəsini sdəri Eldar İbrahimov "Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edərkən deyib.

O bildirib ki, ölkədə ən çox gəlir gətirən ixrac kənd təsərrüfatı məsulu 159 mln. dolllar gəlir gətirən pomidor olub:"Daha sonra ən çox gəlir gətirən məhsulllar arasında fındıq, pambıq, sonra meyvə-tərəvəz və s sıralanıb. Bu, böyük inkişafdır. O bildirib ki, Azərbaycanda ərzaq təhlükəsiziliyi tam təmin olunub: "Təkcə taxıl, buğda üzrə problem var. Artıq yeni yeni toxum sortları alınıb. Bu məsələ də həll olunacaq".

Onun sözlərinə görə, Azərbaycanda torpaq səmərəli idarəçiliyi mexanizmi mövcuddur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə