Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bərdə rayonunda vətəndaşlarla görüşəcək. DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir may ayının 26-da Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini Bərdə rayon Polis Şöbəsində qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Bütün xəbərlər Facebook səhifəmizdə