Media nümayəndələri arasında atıcılıq üzrə turnir keçirilir

Media nümayəndələri arasında atıcılıq üzrə turnir keçirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mayın 5-də mətbuat nümayəndələri arasında güllə atıcılığı üzrə sayca beşinci turnirə start verib. SİA-nın verdiyi məlumata görə, turnirdə Səs Media Qrupun iki komandası - "Səs" qəzeti və SİA birincilik uğrunda mübarizə aparır.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində KİV-in rolunun artırılmasıdır.

Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri üç nəfərdən ibarət 14 komanda iştirak edib.

Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, Ulu Öndərin mətbuata diqqət və qayğısından danışıb. Bildirib ki, media nümayəndələri arasında artıq ənənəvi olaraq təşkil edilən bu yarışlar, eyni zamanda, jurnalistlərin Xidmətin fəaliyyəti ilə yaxından tanış olmasına və əməkdaşlıq imkanlarının artmasına şərait yaradır.

Diqqətə çatdırılıb ki, bu turnir artıq beşinci ildir təşkil olunur. Bu il, eyni zamanda, yubiley olduğundan xüsusi əhəmiyyət kəsb edir. Müasir müstəqil dövlətçiliyimizin memarı olan Ulu Öndərin gərgin əməyi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, cəmiyyətin bütün sahələri inkişaf etdirilib, ordu quruculuğu prosesinin əsası qoyulub. Bu sahədə həyata keçirilən bütün tədbirlərin, görülən işlərin işıqlandırılmasında və təbliğində mətbuat mühüm rol oynayır.

Sonra turnirə start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə