YAP Yevlax rayon təşkilatında “Heydər Əliyev 95” adlı tədbir keçirilib

YAP Yevlax rayon təşkilatında “Heydər Əliyev 95” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Yevlax rayon Gənclər İdman idarəsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı elmi praktik konfrans təşkil oluub.

Tədbir İştirkçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Ödnərin büstü önünə gül dəstələri qoyub onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar, konfrans zalında Heydər Əliyevin Azərbaycan gəncliyi haqqında söylədiyi fikirlər və bununla bağlı filimlərdən ibarət vidio çarxa baxıblar.

Tədbiri YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev açaraq tədbirin mahiyyəti və layihənin məqsədləri haqqında məlumat verib. O bildirib ki, Heydər Əliyev siyasətinin gənclər tərəfindən öyrənilməsi YAP Yevlax rayon təşkilatının qarşıya qoyduğu ən böyük prioritet məsələdir. Çünki sağlam gənclik yalnız sağlam siyasi əqidə və uğurlu yolla inkişaf edə bilər.

Sonra Gənclər və İdman idarəsinin rəsi Binyamin Musayev “Heydər Əliyev və Azərbaycan gəncliyi ” mövzusunda geniş məruzə ilə çıxış edib.

Digər çıxış edənlər YAP Yevlax şəhər təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov və başqaları Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhtətindən, yaranan suveren müstəqil Azərbaycanın uğurlarını və bu şəraitdə gənclərin inkişafını diqqətə çatdıblar.

Yekun nitqi ilə çıxış edən YAP Yevlax rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova keçirilən tədbiri yüksək qiymətləndirərək bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının xüsusən də gənclərin vətəndaşlıq borcudur. “Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər”-deyə qeyd edən natiq bildirib: “Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda eləcə də ölkəmizdən kənarda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür”.

Sonda partiya sıralarına yeni qoşulmuş bir qrup gənclərə partiya üzvlük vəsiqələri təqdim olunub.

Afət TAHİRQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə