İnzibati icraçı (B növ) vəzifələrə aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatı başa çatır. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 22 aprel tarixində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün bu gün 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
* ali təhsil haqqında sənədin surəti;
* əmək kitabçasının surəti (olduğu halda).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB