"Meşə fondu torpaqlarımız ermənilər tərəfindən amansızcasına talan edilir"
"Qazax və Goranboyda 3374 hektar dövlət meşə fondu torpaqları işğal altındadır". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.
O qeyd edib ki, işğal altındakı Azərbaycan torpaqlarında meşə fondu torpaqları ermənilər tərəfindən amansızcasına talan edilir: "Ermənistan öz meşələrinin hesabına qalsa, onlar heç adi stol-stul istehsal edə bilməzlər".
"Hazırda 650 ha ərazidə eni 3 metr olan minerallaşmış zolaqlar çəkilir. Aparılan təhlillər deməyə əsas verir ki, Azərbaycan meşə yanğınlarından az əziyyət çəkən ölkədir. Meşələrin ilkin baxımından tərkibi bunu təmin edir. Məlumdur ki, iynəyarpaqlı meşələrdə yanğınlar çox olur. Azərbaycan meşələrinin isə bir faizi iynəyarpaqlı, qalanları enliyarpaqlıdır", -deyə departament direktoru əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB