Meşə yanğınları nədən baş verir? SƏBƏBLƏR

Meşə yanğınları nədən baş verir? SƏBƏBLƏR

"Taxıl biçinindən sonra kövşənləri yandırmaq olmaz. Bu, qadağandır. Təəssüflər olsun ki, vətəndaşlar qanuna riayət etmək əvəzinə, qanunları pozmaqla məşğuldurlar". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vətəndaşlar meşələrdə istirahət məqsədilə tonqal yandırırlar, uşaqların əllərinə oyuncaq kimi kibrit verirlər. Nəticədə meşə yanğınları baş verir.

Direktor qeyd edib ki, ötən il havaların quraq keçməsi nəticəsində Oğuz və Qəbələdə uzun müddətli meşə yanğınları baş verib: "Mən Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının fədakarlığını xüsusi qeyd etməliyəm. Yerli əhali isə meşə yanğınlarının söndürülməsi zamanı tamaşaçı mövqeyini tutur. Bu, təəssüf doğurur".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə