Hikmət Əlizadə: "Azərbaycanın 10,3 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir"
"Azərbaycanda 892546,49 hektarlıq ərazini əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi fəaliyyət göstərir". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bura 9 milli park, 11 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı daxildir. Onun sözlərinə görə, 15 il bundan öncə Azərbaycanda 478 min hektar ərazi mühafizə olunurdu, o zaman milli parklar yox idi: " 15 il əvvəl mühafizə olunan ərazilərə 14 dövlət təbiət qoruğu, 20 dövlət təbiət yasaqlığı daxil idi. Amma hazırda ümumilikdə ölkənin 10.3 faizi mühafizə altındadır. Onlardan 3.2 faizi milli parklardır".
H.Əlizadə qeyd edib ki, Azərbaycanın milli parkları Eko-turizm üçün böyük xammaldır: "Son Milli Park 2012-ci ildə salınan Samur-Yalama Milli Parkıdır. Əvvəllər milli parklara səyahət edənlərin sayı 1000-2000 idisə indi bu sayı dəfələrlə artaraq 192 minə çatıb. Bütün milli parklarda eko-turizm marşrutu yaradılıb. Artıq 100-ə yaxın belə marşrutlar var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB