Jalə Əliyeva: “Builki parlament seçkisi demokratiya yolunda inamla irəliləyən Azərbaycanda yeni bir addım idi” –MÜNASİBƏT
"Builki parlament seçkisi demokratiya yolunda inamla irəliləyən Azərbaycanda yeni bir addım idi. Bir çox beynəlxalq təşkilatların da gəldiyi qənaət bundan ibarət idi". Bu sözləri müstəqil şəkildə namizədliyini irəli sürən millət vəkili Jalə Əliyeva SİA-ya verdiyi açıqlamasında deyib. Ümumiyyətlə ölkədə keçirilən parlement seçkilərini bir vətəndaş kimi yüksək qiymətləndirən J. Əliyevanın sözlərinə görə, seçkiləri izləyən zaman hər kəsə şəffaf və bərabər şəraitin yaradıldığını görmək mümkündür: "Mən verdiyim dairədə məndən başqa həm iqtidar, həm də müxalifət partiyalarını təmsil edən namizədlər var idi. Təbliğat-təşviqat kampaniyasının aparılması üçün hər birimizə təmiz və aydın şərait yaradılmışdı. İlk gündən etibarən təşviqat kampaniyasının aparılması üçün xüsusi yerlər var idi ki, həmin yerlər kimliyindən asılı olmayaraq bütün namizədlər üçün açıq idi. Heç bir maneə yox idi. Təbliğatını apara bilən və aparmaq istəyən üçün bərabər şəkildə imkan yaradılmışdı. Amma elə namizədlər var idi ki, onlar kampaniyalarını aparmaq üçün kifayət qədər insan toplaya bilmirdilər. Bunun günahını isə nə iqtidarda, nə də ki, başqa birisində axtarmaq düzgün deyil. Bunun günahı həmin namizədin özünü lazımı qədər tanıda bilməməsi ilə bağlıdır".
Seçkilərin ilkin nəticələrinə də toxunan millət vəkili bildirib ki, seçicilər yaxşını pisdən ayırmağı bacardıqlarını bir daha sübüt etdilər: "Seçkidən əvvəl nəticələrlə bağlı müxalif informasiya qaynaqları müxtəlif siyahılar dərc edirdilər. Düşünürəm ki, müxalif proqnozlar özü də müəyən bir mənada özünü doğrultdu. Çünki bu proqnozları verən insanlar təbii ki, Azərbaycanın reallığından çıxış edirdilər. Mənim özümün də hər dairə üzrə fikrim var idi. Həmin fikrimin demək olar ki, 80 faizi özünü doğrultdu. Seçicilər pisi yaxşıdan, ağı- qaradan ayırmağı bacarır. Bütün siyasi proseslərdə Azərbaycan seçicisi bunu sübüt edib".
Açıqlaması zamanı ABŞ Dövlət Departamentinin bəyanatına da münasibət bildirən J. Əliyeva bir dövlətin başqa bir dövlətin daxili işlərinə bu dərəcə qarışmasını, ağa- qara deməsini qəbul etmədiyini dilə gətirib: "Əgər ABŞ insan hüquqlarından danışırsa onda icazə versin Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapsın. Bütün bunlar hər zaman olduğu kimi ikili satandartlara söykənən, Azərbaycanın inkişafına mane olmaq üçün irəli sürülən bəzi qüvvələrin ortaya atdığı fikirlərdir. Bu bəyanat Amerikada müxtəlif qüvvələrin təsiri ilə hazırlanan bəyanatdır və heç bir əsası yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB