Hüseynqulu Bağırov: “Ağacların qanunsuz kəsilməsinin qarşısını almaq məqsədi ilə Oğuz və İsmayıllı rayonlarının meşələrində monitorinq aparılır”- AÇIQLAMA
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qanunsuz kəsilməsinin qarşısını almaq məqsədi ilə Oğuz və İsmayıllı rayonlarının meşələrində monitorinq aparır. SİA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə verdiyi açıqlamasında deyib.
O bildirib ki, pozuntulara yol verən meşə təsərrüfatı işçilərinə qarşı təxirəsalınmaz tədbirlər görüləcək.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Ucar rayonu ərazisində qanunsuz oduncaq satışı aşkar olunub. 10-dan çox avtomobil müsadirə edilib. Bunun müvafiq mənbələri müəyyənləşdirilir. Meşə idərsinin rəislərinə qarşı tədbirlər görülür. Faktla bağlı cinayət işi açılıb, bu ağacların kəsilməsinə yol verən şəxslər cəzalandırılacaq", - deyə nazir qeyd edib.
Ağacların kəsilməsini ötən illərlə müqayisə edən H. Bağırov qeyd edib ki, ötən illərlə müqayisədə qanunsuz kəsilmiş ağacların sayı kəskin azalıb. Onun sözlərinə görə, bu, bir çox rayonların qazla təmin edilməsi ilə bağlıdı.
"Son 7-8 illə müqayisədə Azərbaycanda örtülü ərazilər 0.4 faiz artıb. Amma bunabaxmayaraq hələ də problemlər qalmaqdadır",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB