“Bir döyüşçünün gündəliyi”

“Bir döyüşçünün gündəliyi”

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ilə “Bir döyüşçünün gündəliyi” layihəsinin icrasına başlayıb. SİA-nın xəbərinə görə, bununla əlaqədar İctimai Birliyin yaydığı açıqlamada bildirilir ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından və qanından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir.

Məhz, 1991-ci ildən Dağlıq Qarabağ müharibəsində iştirak edən, Şuşada, Laçında, Kəlbəcərdə, Murovdağda döyüşən, iki dəfə ağır yaralanan ilk zabitlər korpusunun üzvü Rəhimov Heydər Mikayıl oğlu da həmin insanlardadır: “Düşünürük ki, layihə bu mövzuda ilklərdən biri olacaq və cəmiyyətimiz üçün xüsusi aktuallıq kəsb edəcək. 1991-ci ildən Dağlıq Qarabağ müharibəsində iştirak edən ilk zabitlər korpusunun üzvü Rəhimov Heydər Mikayıl oğlu haqqında kitabçanın və videoçarxın hazırlanması ilə onun timsalında canlı əfsanə obrazının formalaşdırılması, onun gənclər və yeniyetmələr tərəfindən döyüşçü nümunəsi kimi qəbul edilməsini labüdləşdirəcək. Rəhimov Heydər Mikayıl oğlunun Dağlıq Qarabağ müharibəsi zamanı Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərdə döyüşməsi, qəhrəmanlıq nümayiş etdirməsi layihənin ona həsr edilməsi üçün tam mənəvi əsaslar yaradır”.

Qeyd edək ki, layihə 3 ay davam edəcək və yekun tədbir keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə