Mahmud Kərimov: “2010-cu il üçün doktoranturaya qəbul planının azaldılması gözlənilir”- AÇIQLAMA

Mahmud Kərimov: “2010-cu il üçün doktoranturaya qəbul planının azaldılması gözlənilir”- AÇIQLAMA
Doktoranturaya qəbulun bu ilin sonuna kimi aparılacağı gözlənilir. SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov jurnalistlərə verdiyi açıqlamasında deyib. O əlavə edib ki, doktoranturaya qəbul aparacaq müəssisələr və müvafiq ixtisaslar Nazirlər Kabineti tərəfindən təsdiqlənməli, sonra isə həmin ixtisaslar üzrə plan yerləri müəyyənləşdirilməlidir.

2010-cu il üçün doktoranturaya qəbul planının azalmasının gözlənildiyini dilə gətirən M. Kərimovun sözlərinə görə, keçmişdə bəzi elmi-tədqiqat müəssisələrində doktorantura olub, amma bundan sonra olmayacaq: "Belə olan halda müəyyən ixtisaslar ixtisar ediləcək. Düşünürəm ki, doktorantura hazırlığı yalnız doktorant və rəhbər münasibətlərindən asılı deyil. Bunun üçün burada müəyyən elmi mühit, diskussiya şəraiti olmalıdır. Doktorant da bu şəraitdə yetişməlidir. Belə şəraiti olmayan müəssisələrdə doktoranturanın yaradılmasını məqsədəuyğun saymamışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə