Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin (AİB) Müşahidə Şurasına yeni sədr təyin olunub. SİA-nın verdiyi məlumata görə, millət vəkili Muxtar Babayevin əvəzinə təyin olunan yeni sədr Arzumanzadə İmran Yaqub oğludur.
İ. Arzumanzadə daha öncə "Azərikimya" İB-nin icraçı direktorunun müavini olub və 2015-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, "Azərikimya" İB-nin Müşahidə Şurasının əvvəlki sədri, millət vəkili Muxtar Babayev isə Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri təyin olununb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB