Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda fəal iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələri ötən ildən hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi sahəsində "Savab Dünyası" Talassemiya Assosiasiyası və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə səmərəli əməkdaşlıq edir.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2009-cu ildə bu əməkdaşlıq çərçivəsində 3000 nəfərdən artıq neftçi qanvermə aksiyalarında iştirak edib. Bu il də neftçilər qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə yardım məqsədi ilə aparılan kampaniyada fəallıq göstərirlər. İnstitutla birgə hazırlanan qrafikə əsasən, sentyabrın 6-dan başlayaraq 8 yanvar 2011-ci ilədək davam edəcək qanvermə kampaniyasında ARDNŞ-nin 23 struktur bölməsində çalışan 80 min nəfərə yaxın əməkdaşın könüllü iştirakı nəzərdə tutulub.
Bu proqram çərçivəsində noyabrın 8-dən 10-dək ARDNŞ-nin "Azərneftyağ" Neft Emalı Zavodunda da qanvermə aksiyası keçirilib. Zavodun bütün şöbə və sexlərini təmsil edən 630 nəfər əməkdaşı bu humanist aksiyada fəallıq göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB