Çaylarda suyun səviyyəsi azaldı

Çaylarda suyun səviyyəsi azaldı

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 305 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 300 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 144 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvan və Salyanda 14, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 6 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 364 sm (2017-ci il aprelin 30-da 358 sm), Şirvanda 247 sm (2017-ci il aprelin 30-da 217 sm), Salyanda 188 sm (2017-ci il aprelin 30-da 145 sm), Bankədə 191 sm (2017-ci il aprelin 30-da 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 69 sm (2017-ci il aprelin 30-da 63 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə