Qusarda oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
YAP Qusar rayon təşkilatı qadınlar şurasının, rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzi rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyi ilə əlaqədar "Müdrik alim, qayğıkəş ana" adlı tədbir keçirilib. İlk olaraq Zərifə xanım Əliyevaya həsr olunmuş film və sərgi təqdim olunub.
Tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatının qadınlar şurasının sədr müavini, rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova açaraq, görkəmli alim Zərifə xanım Əliyevanın ömür yoluna qısa şəkildə nəzər salaraq, qaranlıq dünyalara şəfa verən, fitri istedada malik novator alimin keçdiyi şərəfli həyat yoluna nəzər salıb. Müdriklik məktəbi olan Zərifə xanım Əliyevanın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, ictimai fəallığı layiqincə qiymətləndirilib".
Tədbirdə YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, Qusar Mərkəzi rayon Xəstəxanasının baş həkimi Mübariz Zeynalov, həkim-oftalmoloq İnci Cahangirova və digərləri çıxış edərək, Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan ətraflı danışıblar. Zərifə xanım Əliyevanın oftalmologiya sahəsindəki uğurlarından, tibb sahəsindəki novatorluğundan danışaraq qeyd ediblər ki, Onun əziz xatirəsi xalqımızın qəlbində, ölkəmizin tibbi salnaməsində dünya şöhrətli alim, şəfaverici həkim, səmimi və sədaqətli bir vətəndaş kimi daim yaşayacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB