ETSN-in əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

ETSN-in əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun və Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, aksiyaya nazirliyin 400-ə yaxın əməkdaşı qoşulub.

Aksiyada B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Aksiya hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə