Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Yeddioymaq ərazisində keçirilib.
Ərazidə tam orta və ümumi orta məktəblər, həkim məntəqəsi, EATS və poçt fəaliyyət göstərir.
Yeddioymaq ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlayıb, onları cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.
İcra başçısı Rafil Hüseynov rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şıxlar kəndində modul tipli məktəbin tikilməsindən, yararsız elektrik dirəklərinin yenisi ilə əvəz edilməsindən danışıb. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaradıb. Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib.
Kənd sakinlərindən Oqtay Abdullayev, Eyvaz Məcidov, Məhərrəməli Muxtarov və başqaları çıxış edərək göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov verilən təkliflərin nəzərə alınacağını qeyd edib.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB