“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Gilan Holding”, ADA Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə (UNDP Azerbaijan) gənclərin siyasi, sosial, hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” 2018 layihəsi yenidən start götürür. SİA-nın xəbərinə görə, belə ki, BMT-nin İnkişaf Proqramının simulyasiyası əsasında baş tutacaq layihə ilk dəfə olaraq 3 dildə (Azərbaycan dili, İngilis dili, Rus dili) həyata keçiriləcəkdir. Müsahibədən uğurla keçərək iştirak haqqı qazanmış şəxslər simulyasiyadan öncə təlimlərdə iştirak edəcək və 17-19 may 2018-ci il tarixlərində keçirilən simulyasiyalardan faydalanacaqlar.
Layihə çərçivəsində 3 komitə fəaliyyət göstərəcəkdir:
1. "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurası"
2. "International Court of Jutice"
3. "Cодружество Независимых Государств (СНГ)"
Qeyd edək ki, müsahibəyə yalnız qeydiyyat formunu uğurlu doldurmuş gənclər dəvət olunacaq.
Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Layihədə iştirak üçün qeydiyyat linki: https://goo.gl/81f5gx
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB