Lənkəran Futbol Liqası AXС-nin 100 illiyi münasibətilə futbol turniri keçirir

Lənkəran Futbol Liqası AXС-nin 100 illiyi münasibətilə futbol turniri keçirir

İndiyə qədər "Prezident Kuboku" və "Müstəqillik Kuboku", eləcə də "Mübariz İbrahimov", "Vaqif Abbasov" ,"Mirça Rednik -50","İdman-85"kuboklarını təşkil edən Lənkəran Futbol Liqası (LFL) üçün qarşıdan gələn yarış sayca 20-ci olacaq. SİA-nın məlumatına görə, may ayının 1-dən start veriləcək turnir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Yarışın təşkilatçısı Vaqif Rəşidov bildirb ki, yarışda hər qrupda 5 komanda olmaqla, ümumilikdə 15 komanda iştirak edəcək. Qruplar Azərbaycan bayrağının rənglərinə uyğun olaraq "Göy", "Qırmızı" və "Yaşıl" adlandırılacaq. Qrup mərhələsindən sonra komandalar gücünə uyğun "Böyük" və "Kiçik" mükafatlar uğrunda mübarizə aparacaqlar. Bütün oyunlar Lənkəranın "Palmalife" otelinin meydançasında keçiriləcək.

Kubokun final matçları Azərbaycan Xalq Cümhuriyyətin yubileyi ilə eyni gündə - 28 may tarixində baş tutacaq.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə