Yüksək miqdarda şəkər sağlamlığa nə kimi fəsadlar törədir? SOSİAL ÇARX

Yüksək miqdarda şəkər sağlamlığa nə kimi fəsadlar törədir? SOSİAL ÇARX

Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi Qida Təhlükəsizliyi Agentliyinin prioritet fəaliyyət istiqamətlərindən hesab olunur. Agentlikdən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu məqsədlə daha bir maarifləndirici sosial çarx hazırlayıb.

"Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?" mövzusunda sosial çarx yayımlayan Agentlik bununla istehlakçıları şəkərdən düzgün istifadəyə səsləyir.

Yüksək miqdarda şəkər qəbulunun insan sağlamlığında törədə biləcəyi xəstəliklərə diqqət çəkən AQTA istehlakçıları qida rasionunda şəkər istifadəsini azaldaraq sağlam qidalanmaya dəvət edir.

Keçid: https://www.youtube.com/watch?v=z_8B82u6uH

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə