Çerlidinq üzrə Bakı birinciliyi keçirilib FOTO

Çerlidinq üzrə Bakı birinciliyi keçirilib FOTO

Bu yaxınlarda Sərhədçi İdman Olimpiya Mərkəzində çerlidinq üzrə Bakı birinciliyi keçirilib. Yarışda 6 komandanı təmsil edən müxtəlif yaş qruplarından 300-ə yaxın gimnast iştirak edib. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Turnir 50-yə yaxın idmançı ilə qatılan DİN İdman Cəmiyyətinin komandası üçün də uğurlu olub. Komandamız II yerə layiq görülüb, gümüş medal qazanıb

Qeyd edək ki, komandamızı bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı Alla Vlasova hazırlayıb. Azərbaycan Çerlidinq Federasiyasının Prezidenti, əməkdar məşqçi, idman ustası A.Vlasova artıq uzun illərdir ki, gənc gimnastların peşəkar idmançı kimi yetişməsində öz biliklərini onlara aşılayır.

Yarış təəssüratlarını bizimlə bölüşən A.Vlasova bildirdi ki, ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə edilib. 1994-cü ildən Bakıda çerlidinq bir çox idman növləri üzrə keçirilən mötəbər yarışlar zamanı dəstək qrupları kimi çıxış etməyə başlayıb. Qısa vaxtda bu idman növü gənclər arasında populyarlaşdı. 2016-ci ilin iyun ayında Azərbaycanda Çerlidinq üzrə ilk birinciliyi Sərhədçi İdman Olimpiya Kompleksində, növbəti ölkə birinciliyi isə ötən ilin aprelində DİN İdman Cəmiyyətində 2017-ci ilin aprel ayında keçirilib.

Hazırda Cəmiyyətdə bədii gimnastika və çerlidinq üzrə məşğələlərdə 3-12 yaş qruplarında 60-dan yuxarı gimnast hazırlaşır. Onların əksəriyyəti polis övladlarıdır.

Əməkdar məşqçi valideynlərə də müraciət edərək övladlarının və gənclərimizin sağlam həyat tərzi sürməsi, onlara sağlam həyat bəxş etmək üçün mütəmadi olaraq idmana vaxt ayırmalı olduqlarını dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə