Pirallahı RİH-də yeni kadr təyinatları olub

Pirallahı RİH-də yeni kadr təyinatları olub

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə Vəzir Çərkəz oğlu Səfixanov birinci müavin, İsmayıl Araz oğlu Əliyev isə müavin təyin olunublar. Bu barədə SİA-ya Pirallahı RİH-dən məlumat verilib.

Məlumat üçün qeyd edək ki, bu təyinata qədər V.Səfixanov İcra hakimiyyətində başçının müavini, İ.Əliyev isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrində çalışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə