Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edildi FOTO
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, bu dəfəki tədbir rayon sakinlərinin pulsuz göz müayinəsi oldu. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin göz müayinəsi təşkil edilib.
Tibb ocaqlarında ixtisaslı həkimlər tərəfindən sakinlərin görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər. Həmçinin aztəminatlı ailələrdən görmə qabiliyyəti zəif olan bir qrup məktəbliyə eynəklər hədiyyə edilib.
Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi bağlı 10 rayon sakininin pulsuz göz əməliyyatı aparılıb. Bundan başqa əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərini yüksək səviyyədə təşkil etmək üçün Nəsimi rayonunda müvafiq komissiya yaradılıb, ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən, habelə fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB